Haqqımızda

SEObotly saytınızı daha yaxşı optimallaşdırmaq və Google-da daha çox görünmək üçün yaradılıb. Saytınızı analiz edir, problemləri göstərir və onları necə düzəltməli olduğunuzu sadə şəkildə izah edir. Məqsədimiz SEO-nu çətin və qarışıq iş olmaqdan çıxarıb hər kəs üçün başa düşülən etməkdir.

Təsisçi

Elnur Xəlilsoy, SEObotly-nin təsisçisi
Elnur XəlilsoyTəsisçi və SEO mütəxəssisi

10 ildən çoxdur SEO mütəxəssisi olaraq çalışıram. Bu illər ərzində bir çox fərqli sayt və layihə üzərində işləmişəm. SEO ilə bağlı bir şeyi çox yaxşı başa düşmüşəm: insanlar çox vaxt saytlarında nəyin səhv olduğunu bilmirlər.

SEObotly-ni də buna görə yaratdım. İstədim ki, sayt sahibi problemin harada olduğunu tez tapsın və nə etməli olduğunu aydın şəkildə bilsin.

Missiyamız

SEO-nu hər kəs üçün daha sadə və əlçatan etmək.

Bunun üçün sizə böyük SEO komandası və ya onlarla fərqli alət lazım olmamalıdır. Saytınızı inkişaf etdirmək üçün nəyin səhv olduğunu və nə etməli olduğunuzu bilmək kifayətdir.

Kimlər üçün?

SEObotly saytını inkişaf etdirmək istəyən hər kəs üçün yaradılıb. İstər öz saytını idarə edən sahibkar olun, istər marketoloq, freelancer və ya developer, istərsə də böyük bir şirkətin SEO komandasında çalışın.

SEO mütəxəssisi olmağınız vacib deyil. SEObotly saytınızdakı problemləri göstərir, onları izah edir və nə etməli olduğunuzu aydın şəkildə təqdim edir.

Bizim üçün əsas olan tapılan problemlərin sayı və ya uzun hesabatlar deyil. Əsas nəticə saytınıza daha çox doğru ziyarətçinin gəlməsidir.

Vizyonumuz

Axtarış dünyası dəyişir. İnsanlar məlumat axtararkən artıq süni intellektdən də daha çox istifadə edirlər.

Biz istəyirik ki, SEObotly sayt sahiblərinə həm Google-da, həm də Aİ axtarışlarında daha görünən olmağa kömək etsin.

Nəyə inanırıq

Biz uzun və çətin hesabatlardan çox, aydın cavablara və real nəticələrə inanırıq.

Saytınızda problem varsa, bunu bilməlisiniz. Problemin nə olduğunu başa düşməli və onu necə düzəldəcəyinizi bilməlisiniz.

SEObotly bunun üçün var.